Berlin, 12 dekabr, AZƏRTAC
Heydər Əliyev haqqında ilk dəfə Berlində yaşayan azərbaycanlı tanışımdan eşitmişəm. O, Heydər Əliyev haqqında həmişə xüsusi həvəslə danışıb. Bugünkü tədbirdə isə onun Azərbaycan dövləti və xalqı üçün göstərdiyi xidmətləri haqqında daha ətraflı məlumat öyrəndim.
AZƏRTAC xəbər verir ki, bunu Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Berlində təşkil olunan tədbirdə iştirak edən almaniyalı kitabşünas Sabine Qunia jurnalistlərə açıqlamasında bildirib. Sərgi barədə təəssüratını bölüşən S.Qunia nümayiş olunan əsərlərə heyranlığını ifadə edərək deyib: “Sərgi məni tamamilə heyran etdi. Ölkənizin gözəlliyi, rəngarəngliyi və zəngin mədəniyyətini hər dəfə daha dərindən kəşf edirəm. Səfirin çıxışı da məndə çox böyük təəssürat yaratdı”.
O, Azərbaycan, ölkəmizin tarixi və kitabxanaları ilə daha dərindən tanış olmaq üçün Berlindəki azərbaycanlı dostu ilə birlikdə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin