Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Yolların və asfaltların tez sıradan çıxmasının əsas səbəbi torpaq işlərinin düzgün aparılmamasıdır. Bu prosesdə xüsusi torpaq işləri aparılan ərazilər seçilir və həmin ərazilərdə iş aparılarkən mühəndis hesablamaları və xüsusi qurğular tətbiq olunur. Əgər bu mərhələlər kifayət qədər diqqətlə həyata keçirilməzsə, asfaltlama işlərində problemlər yaranır".Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib. O bildirib ki, layihələndirmə və mühəndis qurğularının düzgün qurulmaması, həmçinin yerüstü və yeraltı işlərin uyğun koordinasiya olunmaması nəticəsində yolların keyfiyyəti zəifləyir:"Nəticədə asfaltın qalınlığı və doldurma işləri mövcud olsa belə, qurğuların və layihələrin pozulması asfaltın uzunömürlülüyünə mənfi təsir göstərir.Əlavə olaraq, təbii amillər də bu prosesdə mühüm rol oynayır. Məsələn, asfaltın kənarına yağan yağış suyu düzgün drenaj edilmədikdə, asfalt zədələnir və vaxtından əvvəl sıradan çıxır. Belə hallar əsas asfaltlama işlərinin keyfiyyətinə birbaşa təsir edir və görülən işin davamlılığını zəiflədir.Beləliklə, yolların dayanıqlılığı və keyfiyyətli asfaltlama üçün torpaq işləri aparılan ərazilərdə mühəndis hesablamaları və layihələndirmə mərhələləri mütləq şəkildə peşəkar və diqqətli aparılmalıdır. Əks halda, bütün prosesdə yaranan kiçik nöqsanlar son nəticədə yol infrastrukturunda ciddi problemlər yaradır".Qeyd edək ki, Bakıda 1 gün davam edən şiddətli yağış bir neçə yolu sıradan çıxarıb. Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.