ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın Sistan və Bəlucistan əyalətində "Xalq Mübarizləri Cəbhəsi" adlı yeni silahlı qruplaşma yaranıb.
Axar.az xəbər verir ki, bu haqda qruplaşma yaydığı bəyanatda bildirib.
Qruplaşma dekabrın 10-da Zahidan bölgəsində SEPAH üzvlərinin olduğu avtomobillərə hücumun məsuliyyətini öz üzərinə götürüb.
"Xalq Mübarizləri Cəbhəsi" məqsədinin İslam Respublikasının quruluşuna və geniş yayılmış ayrı-seçkiliyə qarşı mübarizə olduğunu bildirib.
Qeyd edək ki, həmin hücum nəticəsində 4 SEPAH üzvü ölüb, 4 nəfər isə yaralanmışdı.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.