Türkmənistanın Avaza milli turizm zonasında təşkil olunan tədbir zamanı Türkmenistan Məclisinin sədri Dünyaqözel Qulmanova və Türkmənistan Məclisinin Elm, Təhsil, Mədəniyyət və Gənclər Siyasəti Komitəsinin sədri Bayramqözel Myratmuhammedovna Myradova Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı ilə görüşüblər.
Səmimi atmosferdə baş tutan görüşdə iki ölkə parlamentləri arasında əməkdaşlıq, elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.