AZ

"Rusiyadan alınan S-400-lərdən istifadə planları dəyişməyib" - Türkiyə

Türkiyənin Müdafiə Nazirliyi Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı mövqedə heç bir dəyişiklik olmadığını açıqlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Zeki Aktürk məlumat verib.

Onun sözlərinə görə, Türkiyə S-400-lərdən istifadə planlarını olduğu kimi davam etdirir:

“Ölkəmizin hava hücumundan müdafiə imkanlarını yerli sistemlərlə gücləndirmək istiqamətində işlər plan üzrə gedir. S-400-lərlə bağlı son günlərdə hər hansı dəyişiklik olmayıb.”

Nazirlik rəsmisi bildirib ki, ABŞ-la F-35 qırıcılarının alınmasına dair danışıqlar da davam edir.

Qeyd edək ki, ABŞ 2019-cu ildə Türkiyənin Rusiyadan S-400 sistemi əldə etməsindən sonra Ankaranı F-35 proqramından çıxarmışdı. Türkiyə həmin vaxt təyyarələr üçün ödəniş etmişdi.

Ankara sonrakı mərhələdə Vaşinqtona sanksiyaların qaldırılması üçün genişmiqyaslı ticarət paketləri təklif edib. ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak isə bildirmişdi ki, Ankara F-35 proqramına qayıtmaq istəyirsə, S-400-lərdən tam imtina etməlidir.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
94
missiya.az

1Mənbələr