AZ

İraqın keçmiş prezidenti BMT-nin Qaçqınlar üzrə Ali Komissarı olacaq - KİV

Bakı. Trend:

İraqın keçmiş prezidenti Bərham Saleh BMT-nin növbəti Qaçqınlarüzrə Ali Komissarlığının (UNHCR) rəhbəri ola bilər

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Sənədə görə, BMT-nin baş katibi Antonio Quterreş Salehin AliKomissar vəzifəsinə gətirilməsini təklifini dekabrın sonlarınaqədər rəsmi qaydada irəli sürəcək. Hazırkı UNHCR rəhbəri FilippoQrandinin mandatı məhz 2025-ci ilin sonunda başa çatır.

Sənədə əsasən Quterreş Salehin BMT-nin qaçqınlar üzrə alikomissarı vəzifəsinə beşillik müddətə – 1 yanvar 2026-cı ildən 31dekabr 2030-cu ilədək gətirilməsini istəyir.

BMT mətbuatda yayılan bu xəbəri və təklif olunan təyinatı hələki, rəsmi təsdiqləməyib.

“Hazırda demək istədiyim yalnız odur ki, proses davam edir vəbaşa çatdıqdan sonra Birləşmiş Millətlər Təşkilatı tərəfindən rəsmiaçıqlama veriləcək”, – deyə təşkilatın Cenevrədəki beynəlxalqinformasiya xidmətlərinin direktoru Alessandra Velluçi keçirdiyibrifinqdə bildirib.

Məqalədə:
Seçilən
24
az.trend.az

1Mənbələr