AZ

Dövlətə 61 min manat borcu olan şirkət ləğv edilir

“Qafqazenerqoservis” şirkəti ləğv olunduğunu elan edib.

KONKRET.az “Teleqraf”a istinadən xəbər verir ki, bir zamanlar dövlət layihələrində tenderlərin qalibi olan şirkətin dövlətə 61290.59 manat borcu var.

2007-ci ildə dövlət qeydiyyatına alınan, nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi təmsilçisi Altay Novruzovdur.
Qeyd etdiyimiz kimi, “Qafqazenerqoservis” şirkəti dövlət layihələrində iştirak edib. Bəzən müqavilə üzrə işləri tam yerinə yetirməyib. Dövlət qurumlarından biri “Elektrik avadanlıqlarının dəyişdirilməsi və yeni su nasoslarının quraşdrılması” layihəsi üzrə “Qafqazenerqoservis” Şirkətinə 2011-ci ildə 3 müqavi üzrə vəsait ödəsə də, cəmi 2 müqavilə üzrə işlər yerinə yetirilib. Texniki parametrlərdə və işlərin həcmində dəyişikliklər aparılması layihənin yenidən dəyərləndirilməsinə ehtiyac yaradıb, lakin bu işlərin heç biri aparılmayıb. Layihələr ekspertizadan keçirilməyib. Üzə çıxarılan nöqsanlardan sonra “Qafqazenerqoservis” şirkəti tərəfindən mənimsənilən 371 min manat ödənilib.

Seçilən
2
3
konkret.az

4Mənbələr