AZ

SOCAR Güclü küləyə görə işçilərin təxliyəsi başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərini daha da gücləndirib.

İcma.az bu məlumatı açıq mənbələrdən əldə edib.

Bildirilib ki, dekabrın 14-də gözlənilən güclü külək və dənizdə dalğalanmanın artması səbəbindən SOCAR bəzi obyektlərdə təxliyə prosesinə başlayıb. Məlumat əvvəlcədən verilməsə də, hava şəraitinin qəfil pisləşməsi operativ qərar qəbul edilməsini zəruri edib.

Hazırda bir sıra platformalarda təxliyə prosesi davam etdirilir.

SOCAR üçün hər zaman əsas prioritet işçilərin sağlamlığı və təhlükəsizliyidir. Bu səbəbdən riskli hava şəraiti müşahidə olunduqda, açıq hava işləri məhdudlaşdırılır və təhlükəsizlik tədbirləri gücləndirilir.

Qeyd edilir ki, bu, təhlükəsizlik məqsədi ilə həyata keçirilən təxliyələrin ilk nümunəsi deyil. Güclü külək, dalğalanmanın artması və digər risk faktorları yarandıqda, işçilərin təhlükəsizliyini təmin etmək üçün bənzər tədbirlər mütəmadi görülür.

Sonda bildiririk ki, hava şəraitinin ən dəqiq və yenilənmiş məlumatlarını saytımızda izləyə bilərsiniz:

Bakı: https://ain.az/hava/baki

Neft Daşları: https://ain.az/hava/neft-daslari

Çilov adası: https://ain.az/hava/cilov

və digər bölgələr üzrə hava məlumatları da mövcuddur.

Seçilən
13
icma.az

1Mənbələr