Slovakiyanın Baş naziri Robert Fitso ölkəsinin Kiyevə "təzminat krediti"nin ayrılmasını bloklayacağını açıqlayıb.
“İki sahil” xəbər verir ki, o, bua barədə X sosial media hesabında yazıb.
"Avropa Şurasında Ukraynanın hərbi xərclərini maliyyələşdirəcək heç bir qərarı dəstəkləməyəcəyəm", - deyə o, yazıb.
Fitso mövqeyini Slovakiyanın sülhsevər siyasət yürütdüyü və hərbi məqsədlər üçün Avropa vəsaitlərinin ayrılmasına səs verməyəcəyi ilə izah edib.