AZ

Snup Doqq ABŞ yığmasının məşqçisi oldu

Snup Doqq ABŞ yığmasının fəxri məşqçisi olub.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Olimpiya Komitəsi rəsmi məlumat yayıb.

Məşhur reper Snup Doqq 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarında ABŞ yığmasının fəxri məşqçisi təyin edilib.

Komitənin açıqlamasına görə, reperin əsas vəzifəsi yarışlardan kənar vaxtlarda idmançıları motivasiya etmək və onlara mənəvi dəstək göstərmək olacaq.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
62
interpress.az

1Mənbələr