BCM əməkdaşları viza, bank hesabları və hətta gündəlik elektron xidmətlərdən məhrum edilib...
Poliqon xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hakim və prokurorları ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi şəxsı sanksiyalar səbəbindən ciddi maliyyə və məişət məhdudiyyətləri ilə üz-üzə qalıblar. The Independent yazır ki, ümumilikdə doqquz əməkdaş, o cümlədən altı hakim və baş prokuror “avtokratlar və kriminal qruplar üçün nəzərdə tutulmuş” sanksiyalar siyahısına salınıb.
Məlumata görə, sanksiyalar BCM əməkdaşlarının və ailələrinin ABŞ-yə girişini qadağan edir, onların bank hesablarına çıxışını bağlayır və gündəlik həyatda istifadə olunan bir çox xidmətləri mümkünsüz edir. Məhkəmənin baş prokuroru, britaniyalı Karim Xan bank hesablarından məhrum edilib, ABŞ vizası ləğv olunub, üstəlik hətta Microsoft onun MUS-dakı e-poçt ünvanını belə bloklayıb.
Kanadalı hakim Kimberly Prost isə avqust ayında sanksiya siyahısına daxil edildikdən dərhal sonra öz kredit kartlarının işləmədiyini görüb, Amazon-un Alexa səs köməkçisi ona cavab verməyi dayandırıb və daha əvvəl aldığı elektron kitab cihazdan silinib.
“Mən bütün ömrümü cinayət ədaləti sistemi üçün işləmişəm, indi isə adım terrorçular və mütəşəkkil cinayətkarlarla eyni siyahıdadır”, deyə Prost bildirib
The Independent yazır ki, tətbiq edilən məhdudiyyətlər yalnız peşəkar fəaliyyətə deyil, eyni zamanda hakim və prokurorların gündəlik həyatına da dərin təsir göstərir. Mənbələr bildirirlər ki, sanksiyaların ən kiçik texniki detallarına qədər tətbiqi MUS-un işinin təşkilini çətinləşdirir və məhkəmənin beynəlxalq hüquq sahəsində müstəqilliyi ilə bağlı suallar yaradır.
MUS rəhbərliyi bildirib ki, ABŞ-ın bu addımı məhkəmənin fəaliyyətini siyasi təzyiq altına salır və beynəlxalq ədalət prinsipləri ilə ziddiyyət təşkil edir.
Poliqon.info