AZ

"Araz-Naxçıvan" 2 oyunçusu ilə yollarını ayırmağa qərar verdi

“Araz-Naxçıvan” iki oyunçusu ilə yollarını ayırmağı qərara alıb. 

Bunu Fanat.Az-a futzal üzrə Azərbaycan çempionunun vitse-prezidenti Mahmud Sadıqov deyib.

Klub funksioneri vidalaşacaqları futzalçılardan birinin yerli, digərinin legioner olduğunu deyib:

"Mirzə Əmirov komandanı tərk edəcəyinə hələ ötən ay qərar verilib. Ancaq zədələndiyi üçün bayıra ata bilmərik. Əksinə, əməliyyat etdirdik, mövsümün sonuna qədər də maaşını ödəyəcəyik. Amma onunla yollarımızı ayıracağıq.  
Braziliyalı Karlos Enrike Bertuolaya gəlincə, onunla müqavilənin müddəti dekabrın sonunda başa çatır. Baş məşqçi onun xidmətində maraqlı lmadığı üçün yeni anlaşmaya ehtiyac görmədik. Başqa sözlə, o, qış fasiləsində düşərgəni birdəfəlik tərk edəcək. Digər oyunçularla isə danışıqlar davam edir. "Transfer pəncərəsi" ərzində güclənməyə çalışacağıq".

Qeyd edək ki, "Araz-Naxçıvan" 10 turdan sonra 22 xalla hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Bir oyun az keçirən və liderdən 3 xal geri qalan Naxçıvan təmsilçisi 18 dekabrda U-19 ilə əvvəlki turlardan təxirə salınan görüşdə üz-üzə gələcək.

Mirağa

Seçilən
0
1
fanat.az

2Mənbələr