Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı tədbirlər keçirilib -Fotolar
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının təsdiq edilmiş tədbirlər planına uyğun olaraq ərazi partiya təşkilatlarında Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsinə həsr olunmuş maarifləndirici tədbirlər təşkil edilib.
aia.az xəbər verir ki, tədbirlərdə çıxış edənlər qeyd ediblər ki, Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində qoyduğu əvəzsiz irs bu gün də ölkəmizin siyasi, iqtisadi və ictimai inkişafının əsas istiqamətlərini müəyyənləşdirir.
Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm dövlətçilik təməlləri, onun müdrik rəhbərliyi və strateji baxışları müasir Azərbaycanın inkişaf yolunun ideya əsasını təşkil edir. Bu irsin dərindən öyrənilməsi gənc nəsildə milli ruhun, dövlətçilik təfəkkürünün və vətənpərvərlik dəyərlərinin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Tədbirdə həmçinin bildirilib ki, Ulu Öndərin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir. Heydər Əliyev ideyalarının yaşadılması, ölkəmizin güclənməsi, müasir Azərbaycan dövlətinin möhkəmləndirilməsi naminə görülən işlər İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə yüksəlib. Xüsusilə də Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuş, Ulu Öndərin arzusu olan işğaldan azad edilmiş torpaqlara böyük qayıdış başlanmışdır.
Sonda tədbir iştirakçıları bildiriblər ki, Heydər Əliyev irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mənəvi borcudur. Onlar vurğulayıblar ki, bu irs ölkəmizin gələcək inkişaf yolunun etibarlı istiqamətvericisi kimi daim yaşadılacaq.