AZ

11 ayda dəmir yolu ilə yük daşımaların həcmi artıb

2025-ci ilin yanvar-noyabrında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük daşımaları 16 milyon 927,6 min ton təşkil edib. Bu da əvvəlki ilin eyni dövrü ilə  müqayisədə 9,3 % azdır.Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Cari ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 217,9 milyon ton olub. Yüklərin 7 %-i dəmir yolu ilə daşınıb.

Cari ilin doqquz ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 7 156,8 min sərnişin daşınıb, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 19,5% çoxdur.

Aytac

Seçilən
70
1
anews.az

3Mənbələr