525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Fransalı Kenten Folyo bütün yarışlardan 20 illik uzaqlaşdırılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun danışılmış oyunlarda iştirak etməsidir.
Folyonun müxtəlif şəxslərin sifarişini yerinə yetirməsi, qarşılaşmaların nəticələrinə təsir etməsi, rüşvət verməsi, dəlillərin məhvi və bir sıra digər qanunsuzluqlar törətməsi sübut olunub.
Qeyd edək ki, dünya reytinqində ən yaxşı halda 488-ci olan 26 yaşlı idmançı ümumilikdə 114 min avro cərimə də olunub.
L.Tağıyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.