AZ

Ukrayna ordusu bu əraziyə nəzarəti bərpa edib Rus hərbçilərini mühasirəyə salıb

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələri Kupyanskın ətraf ərazilərinə nəzarəti bərpa edib və şəhərdəki rus ordusunu mühasirəyə alıb.

Bu barədə Ukraynanın "DeepState" monitorinq layihəsi məlumat yayıb.

Məlumata görə, şəhər mərkəzində hələ də rus hərbçiləri mövcud olduğundan çətin və uzun əməliyyat davam edir.

Bildirilir ki, əməliyyat blok xəttinin yaradılması və şəhərdəki düşmən qarnizonunun əsas qüvvələrdən kəsilməsi ilə başlayıb.

"Müdafiə Qüvvələri tez bir zamanda Radkovka və Kondraşovkanı düşməndən təmizlədi və həmçinin Qolubovkanı atəş nəzarəti altında saxladı. Bundan sonra Mırnoyenin və Kupyanskın şimal-qərb kənarlarının ruslardan təmizlənməsi baş verdi", - deyə bəyanatda bildirilir.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
azpolitika.info

1Mənbələr