Bədənin enerji ehtiyacını qarşılayan qidalar əsasən karbohidrat, protein və sağlam yağlardan ibarətdir və bu maddələr orqanizmdə sürətlə enerji istehsalına daxil olur.
Pravda.az bildirir ki, uzunmüddətli enerji təmin edən əsas qidalar arasında tam taxıllar (yulaf, düyü), paxlalılar, quru meyvələr, yumurta, süd məhsulları və yağlı balıqlar xüsusi yer tutur. Kompleks karbohidratlar davamlı enerji verir, təbii şəkərli meyvələr isə qısa zamanda güc artımı yaradır.
Enerji verən qidaların tərkibində həmçinin B qrup vitaminləri, dəmir, maqnezium və antioksidantların bol olduğu vurğulanır. Bu maddələr hüceyrələrdə enerji istehsalını artırır və həm fiziki, həm də zehni performansı yaxşılaşdırır.
Qısa müddətdə enerji yüksəlişi üçün banan, bal, xurma, şokolad və qəhvə də təsirlidir. Lakin mütəxəssislər porsiya ölçüsünə diqqət etməyin vacibliyini də xatırladırlar.
Əminə Bayramova