AZ

Paraşütü təyyarənin quyruğuna ilişdi, səmada ölüm-qalım mübarizəsi apardı - VİDEO

Avstraliyada paraşütçünün iştirakı ilə təhlükəli hadisə yaşanıb.

İdman.Biz bu barədə 1news.co.zn portalına istinadən məlumat yayıb.

Tullanmaya hazırlaşan paraşütçünün ehtiyat paraşütü təyyarənin qanadına ilişərək vaxtından əvvəl açılıb.

Kişi geriyə doğru çəkilərək təyyarənin quyruğuna çırpılıb və paraşüt stabilizatora dolandığı üçün havada asılı qalıb.

O, bıçaqla özünü xilas edərək əsas paraşütlə təhlükəsiz eniş edib və yüngül xəsarətlər alıb.

Təyyarənin pilotu isə zədələnmiş quyruğa baxmayaraq, idarəetməni bərpa edib və aerodroma eniş etməyi bacarıb.

Hadisə zamanı digər paraşütçülər də sürətlə təyyarəni tərk ediblər.

İdman.Biz

Seçilən
2
1
idman.biz

2Mənbələr