Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Son vaxtlar mobil istifadəçilərin ən çox qarşılaşdığı problemlərdən biri də səhvən fərqli nömrələrə balans köçürülməsidir. Belə hallarda insanlar ödədikləri məbləğin geri qaytarılıb-qaytarılmaması ilə maraqlanırlar.
Mövzuya dair KONKRET.az-a danışan informasiya təhlükəsizliyi eksperti Elvin Abbasov bildirib ki, ödəniş edildiyi andan etibarən məbləğ mobil operatorun sistemində kontura çevrilir və artıq xidmət valyutası kimi qəbul olunur:
“Balans kimi yüklənən vəsait şəbəkə resurslarının istifadəsinə yönəldiyi üçün onun geri, nağd şəkildə qaytarılması nə hüquqi, nə də texniki baxımdan mümkündür. Əks halda fırıldaqçılıq və sui-istifadə hallarının sayı ciddi şəkildə arta bilər”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, operatorlar yalnız istisna hallarda – yəni balans səhv nömrəyə yüklənibsə və həmin kontur xərclənməyibsə, dəstək xidməti vasitəsilə müdaxilə edə bilirlər. Ümumilikdə isə mövcud qaydalara əsasən kontur ödənişdən sonra pul kimi geri qaytarılmır.
Aynurə İsmayıl
KONKRET.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.