Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaja Kallas Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) əməkdaşları ilə görüş zamanı etiraf edib ki, onun sələfi Federika Mogerini ilə bağlı korrupsiya qalmaqalı Avropa diplomatlarını ciddi şəkildə sarsıdıb.
Bizimyol.info xəbər verir ki, bu barədə "Euractiv" portalı mənbələrə istinadən məlumat yayıb.
Avropa məhkəmə orqanları bundan əvvəl Aİ-nin sabiq baş diplomatı və Avropa Kollecinin rektoru Mogerini barəsində saxtakarlıq və korrupsiya ittihamları ilə bağlı istintaqa başlamışdı.
Portal Kallasa istinadən: “Skandallar, açıq-aydın şəkildə, xidmətimizi şoka salıb”, - deyə qeyd edib.
Məlumata görə, Kallasın çıxışı cəmi 30 dəqiqə çəkib və kifayət qədər az konkret məlumat ehtiva edib. Aİ-nin baş diplomatı cəmi üç suala cavab verdikdən sonra “istəkli ölkələr koalisiyası”nın görüşünə tələsərək toplantını tərk edib.
2 dekabrda Avropa Komissiyası və Avropa Prokurorluğu Brüsseldə Avropa Xarici Fəaliyyət Xidmətinin rezidensiyasında, Brüggedə Avropa Kollecində və bir neçə şəxsi ünvanda aparılan axtarışlar barədə məlumatı təsdiqləyib. Bu tədbirlər zamanı “üç nəfərin saxlanıldığı” bildirilib. Onlar tenderlərlə bağlı maxinasiyalarda ittiham olunurlar. Həmin tenderlər arasında Avropa diplomatik xidmətinin gənc Avropa diplomatları üçün Avropa Kollecində təlim proqramına dair müraciəti də olub. Saxlanılanlar arasında Mogerini və Aİ diplomatik xidmətinin sabiq baş katibi Stefano Sannino da var.
İtaliya KİV-lərinin yazdığına görə, saxlanılan şəxslər “məhkəmədən yayınma riski olmadığı” üçün sərbəst buraxılıblar. Bununla belə, "La Repubblica" qəzetinin məlumatına əsasən, Belçikanın cinayət polisində dindirildikdən sonra hər üç nəfərə rəsmi ittiham elan edilib. İttihamlar satınalmalar sahəsində saxtakarlıq və korrupsiya, maraqlar toqquşması və peşə sirrinin açıqlanması ilə bağlıdır.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.