AZ

"Arsenal" lider olsa da, MS 4 göstəricidə öndədir

"Mançester Siti" İngiltərə Premyer Liqanda bütün komandaları dörd göstəricidə üstələyir.

Fanat.Az xəbər verir ki, "WhoScored" bununla bağlı statistika təqdim edib.

"Şəhərlilər" Premyer Liqanın ən çox qol vuran komandasıdır. Pep Qvardiolanın baş məşqçisi olduğu kollektiv 15 oyunda 35 qol vurub. Premyer Liqada 30 qol həddinə belə çatan yoxdur. 

"Siti" həmçinin Premyer Liqada ötürmə dəqiqliyinə (87,8 faiz), orta hesabla hər oyunda ötürmələrə (548) və driblinqə (10,3) görə də liderlik edir.

Qeyd edək ki, "Mançester Siti" Premyer Liqada lider "Arsenal"dan 2 xal geridə qalaraq ikinci yerdədir.

Seçilən
0
1
fanat.az

2Mənbələr