Dünyanın ən iyrənc yeməklərinin yenilənmiş siyahısı açıqlanıb.
Publika.az xəbər verir ki, “TasteAltlas” saytının tərtib etdiyi siyahıda rus yeməyi də var.
Bu, “100-lük”də 65-ci yerdə olan indiqirka salatıdır. O, bitki yağı, soğan və bibər əlavə edilmiş dondurulmuş balıqdan hazırlanır.
Ən iyrənc yeməklər arasında yer alan indiqirka beş ballıq şkala üzrə 2.7 bal alıb.