ABŞ-da sürücü cizgi filmi “tələsinə” düşüb divara çırpılıb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
ABŞ-da sürücü məşhur cizgi filmi zarafatının qurbanı olub. Körpü divarına “Hiyləgər koyot və Yol qaçanı” cizgi filmindəki kimi olduqca realistik tunel rəsmi çəkilib.
Görüntü o qədər inandırıcı olub ki, sürücü avtomobili “saxta tunelə” sürməyə cəhd edib. Nəticədə maşın divara çırpılaraq qəza baş verib.
Sosial şəbəkələrdə bəziləri rəssamın qara yumor hissini tərifləyib, digərləri isə bunu vandalizm adlandırıb.

Xuraman Etibarlı
İnterpress.az