Bakı. Trend:
Maliyyə institutları və digər şəxslər tərəfindən məlumatlatın vəsənədlərin verilməsi qaydası dəyişir.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin növbəti plenar iclasınıngündəliyinə daxil edilən qanun layihəsində öz əksini tapıb.
Maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesabaçıldıqda və ya maliyyə xidmətləri göstərildikdə vergi və maliyyəməlumatlarının mübadiləsini nəzərdə tutan AzərbaycanRespublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrasıməqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün zəruriməlumatlar və sənədlər, həmçinin həmin məlumatlarda və sənədlərdəşəxsin statusunun rezidentlik dəyişdirilməsinə səbəb olandəyişiklik baş verdiyi halda, bu barədə məlumatlarvə sənədlərdəyişiklik baş verdiyi gündən 30 gün müddətində şəxs tərəfindənmaliyyə institutuna təqdim edilməlidir.
Maliyyə institutuna dürüst olmayan və (və ya) təhrif olunmuşməlumatların və sə sənədlərin təqdim edilməsinə və ya rezidentlikstatusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik üzrə məlumatlarınvə sənədlərin bu Məcəllənin 76-1.2-ci maddəsi ilə müəyyən edilmişmüddətdə təqdim edilməməsinə görə şəxslərin inzibati məsuliyyətəcəlb edilməsi Azərbaycan Respublikasının İnzibati XətalarMəcəlləsinə müvafiq olaraq həyata keçirilir.