AZ

Xəzərdə Rusiyanın iki gəmisi vuruldu

Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin (XƏQ) bölməsi "Çernaya İskra" üsyançı hərəkatı ilə birlikdə Xəzər dənizinin Kalmıkiya Respublikası sahilləri yaxınlığında sularında xüsusi əməliyyat keçirib.

XəzərNews.az xəbər verir ki,nəticədə silah və hərbi texnika daşıyan iki Rusiya gəmisi vurulub.

XƏQ-in məlumatına görə, üsyançı hərəkatın nümayəndələri Ukrayna əsgərlərinə Rusiya gəmiləri ilə daşınan yükün marşrutu və xarakteri barədə ətraflı məlumat veriblər.

Mətbuat xidmətinin açıqlamasında deyilir: "Təsirə məruz qalan gəmilər arasında Rusiya Federasiyası tərəfindən hərbi məqsədlər üçün istifadə edilən və İranla Rusiya Federasiyası arasında hərbi yüklərin tədarükündə iştirak etdiklərinə görə ABŞ sanksiyaları altında olan "Bəstəkar Raxmaninov" və "Askar-Sarıca" gəmiləri də var".



Xəbər 2 dəfə oxunub.
Seçilən
44
xezernews.az

1Mənbələr