AZ

MKE şirkəti “Azərsilah” üçün patron istehsal xətti qurur

Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) tərəfindən Azərbaycan Müdafiə Sənayesi Nazirliyinə tabe olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC üçün patron istehsalı xəttinin qurulması davam edir.

MKE-dən “Poliqon”a bildirilib ki, bununla da əsrlik təcrübəyə malik “Makine ve Kimya Endüstrisi”, yüksək texnologiyalı müdafiə sənayesi istehsal infrastrukturunu Azərbaycanda da qurmuş olacaq.

Qeyd edilib ki, texnologiya transferi ilə yaradılacaq yeni müəssisələrdə həm Türkiyə, həm də Azərbaycanın ehtiyac duyduğu müxtəlif növ müdafiə məhsulları istehsal olunacaq.

Seçilən
8
1
poliqon.az

2Mənbələr