AZ

Nazirlik bələdiyyə sədrinin müavinindən 8 min manatlıq mebel alır

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ədliyyə Nazirliyi fərdi sahibkar Əsəd Əzizovla satınalma müqaviləsi bağlayıb. 

Qaynarinfo-nun məlumatına görə, müqavilədə mebel və digər inventarların satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 8 184,48 manatdır. 

Nazirlik bu məbləğə sənəd dolabı, metal stellaj, ISO stul, paltar dolabı, işçi kreslosu, gözləmə kürsüsü, təkərli tumba və masa alacaq. 

Əsəd Əzizov Masallı şəhər bələdiyyəsinin sədr müavinidir. O, bələdiyyə seçkilərində namizəd olarkən tərcümeyi-halında fərdi sahibkarlıqla məşğul olduğu qeyd edilib. Bu faktlar nazirliklə müqavilə bağlamış Əsəd Əzizovla Masallı şəhər bələdiyyəsinin sədr müavinin eyni şəxs olduğunu bir daha sübut edir. 

Qanunvericiliyə əsasən, Əsəd Əzizov biznes fəaliyyət ilə məşğul ola bilməz. Buna rəğmən, dövlət satınalmalarının vahid internet portalı üzərində apardığımız araşdırma zamanı məlum olub ki, Əsəd Əzizov satınalma müsabiqələrində fəal iştirak edir. O, təkcə bu il müxtəlif dövlət qurumları ilə 24 satınalma müqaviləsi bağlayıb. 

Seyid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
2
qaynarinfo.az

3Mənbələr