AZ

Azərbaycan futbolunda bu oyunlar qumara qoyulub

Bu ilin yanvarında AFFA İntizam Komitəsinin qərarı ilə danışılmış oyunlara görə ömürlük futboldan uzaqlaşdırılan “Şamaxı”nın sabiq oyunçusu Adil Nağıyevin hansı matçlara mərc etdiyi müəyyənləşib.

Publika.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, Adil Nağıyev bu işdə komanda yoldaşı Giorgi Kantariya ilə əlbir olub.

Əldə etdiyimiz məlumata görə, Adilin Kantariya ilə əlbir olduğu ilk qarşılaşma ötən il Premyer Liqanın 15-ci turunda Şamaxıda keçirilən “Şamaxı” – “Kəpəz” matçıdır.

Belə ki, hər iki futbolçu “Topaz” və digər mərc saytlarında “Şamaxı”nın məğlubiyyətinə pul qoyuluşu ediblər. Nəticədə “Şamaxı” sözügedən matçda 0:1 hesabı ilə məğlub olub.

Bundan başqa, tərəflər ötən il 4 dekabr tarixində Azərbaycan kubokunun 1/8 mərhələsi çərçivəsində Zirə Olimpiya Kompleksində keçirilən “Zirə” – “Şamaxı” matçında manipulyasiya ediblər.

Seçilən
26
publika.az

1Mənbələr