“Milan” klubunun vingeri Rafael Leau İngiltərəyə yollana bilər.
İdmanxeber.az xəbər verir ki, portuqaliyalı futbolçuya “Arsenal” maraq göstərir. London klubu həmçinin “Real Madrid”in braziliyalı forvardı Rodriqonu da nəzərdən keçirir. “Topçular” əsas hücumçu Viktor Dyökereşə dəstək ola biləcək oyunçu axtarır.
33 xalla Premyer Liqanın lideri olan “Arsenal” mövsümün qış pəncərəsi üçün hücum xəttini gücləndirməyi planlaşdırır.