AZ

Yeni Kaledoniya tribunalı Fransanı 28 milyon avro cərimə etdi

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yeni Kaledoniyanın inzibati tribunalı Fransaya qarşı tarixi qərar çıxarıb.

"Cebheinfo.az" Oxu. Az-a istinadən xəbər verir ki, bu barədə RNZ radiosu məlumat yayıb.

Tribunal Fransanı 2024-cü ilin mayında Sakit okean arxipelaqında baş verən iğtişaşlar zamanı lazımi təhlükəsizliyi təmin etməməkdə günahlandırıb.

Qərar həmçinin Fransa dövlətinin "Allianz" sığorta şirkəti tərəfindən 14 müştəri adından qaldırılan iddia ilə bağlı məsuliyyət daşıdığını nəzərdə tutur.

İddia cavabdehin etirazlar zamanı, xüsusən də Dumbea şəhərindəki "Kenu İn" ticarət kompleksində və sənaye zonasında ictimai asayişi qoruya bilməməsinə əsaslanıb.

Qərara görə, Fransanın sığorta şirkəti 3 356 231 397 Fransız Sakit Okean frankı (28 milyon avro və ya 32.9 milyon dollar) məbləğində cərimə ödəməlidir.

Tribunal bildirib ki, Fransa dövləti 15-17 may 2024-cü il tarixdə törətdiyi iğtişaşlarda məsuliyyət daşıyır.

O da qeyd edilir ki, Fransa lazımi təhlükəsizliyi təmin etmək üçün müvafiq tədbirlər görməli olduğu barədə xeyli əvvəlcədən bildiriş alıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
1
cebheinfo.az

2Mənbələr