Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri, ABŞ milyarderi İlon Mask bildirib ki, bütün bəşəriyyət Yaradanın idarə etdiyi nəhəng kompüter simulyasiyasının içərisində ola bilər.
KONKRET.az xəbər verir ki, İ.Mask bu barədə “The Katie Miller” podkastında danışıb.
Maskın sözlərinə görə, o, daha ateist deyil və İsa Məsihin sevgi, xeyirxahlıq və müdriklik barədə təlimini alqışlayır. Milyarder qeyd edib ki, əvvəllər onun dərin müdrikliyini qiymətləndirə bilməyəcək qədər axmaq olub.
“Tanrı – yaradandır. İnanıram ki, bu kainat nədənsə yaranıb. İnsanların Tanrıyla bağlı müxtəlif ehkamları var”, – Mask bildirib.
O deyib ki, böyük ehtimalla, Tanrı bizim hamımızın oyunçu kimi iştirak etdiyimiz video-oyunu dövriyyəyə buraxır.
“Əgər simulyasiya nəzəriyyəsini Darvinə tətbiq etsək, o zaman yalnız ən maraqlı simulyasiyalar davam edəcək… Deməli, daha maraqlı nəticə mümkündür, çünki alternativ – məhv olmaqdır. Odur ki, əslində, bizim bir hədəfimiz var: Bütün bunlara maraq qatmaq”, – deyə Mask izah edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.