AZ

5 il işləyənə ev verilir: 18 mənzil PAYLANDI

Çində işçilərə havayı ev verilib.

İnterpress.az xəbər verir ki, bu barədə Çin KİV-ləri məlumat yayıb.

Çinin “Zhejiang Guosheng Automobile Co Ltd” şirkəti işçilərini saxlamaq üçün maraqlı üsula əl atıb.

Rəhbərlik əməkdaşlara pulsuz mənzillər hədiyyə etməyə başlayıb. Lakin bunun qarşılığında işçi şirkətdə ən azı 5 il işləmək öhdəliyi götürməlidir.

Artıq bu məqsədlə təxminən 1,5 milyon dollar dəyərində 18 mənzil alınıb. Şirkət bu yolla kadr axınının qarşısını almağı və mütəxəssisləri daxildə yetişdirməyi hədəfləyir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
19
1
interpress.az

2Mənbələr