AZ

İsrail Livana hava zərbəsi endirib

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsrail hərbi təyyarələri Livanın cənub və şərq bölgələrinə hava hücumları həyata keçirib.

"Cebheinfo.az" xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail hərbi təyyarələri ölkənin cənubundakı Çarmak, Mahmhudiye, Zərəriyyə, Ənsar, Tuffəhta, Beysəriyyə, Rafi Dağı, Sacid, Reyhan, Armata, Cəba, Təbne və Vadi Benqol bölgələrini hədəf alıb.

Livanın şərqində yerləşən Qərbi Bəqə bölgəsindəki Zalaya Vadisinə də 4 hava hücumu təşkil olunub.Livan rəsmiləri hücumlarda insan tələfatı olub-olmadığı ilə bağlı hələlik açıqlama verməyib.Xatırladaq ki, İsrail 2023-cü ilin oktyabrında Livana qarşı hücumlara başlamış, 2024-cü ilin sentyabrında bu hücumlar genişmiqyaslı müharibəyə çevrilmişdi.

Müharibə nəticəsində 4 mindən çox insan həyatını itirmiş, təxminən 17 min nəfər yaralanmışdı.Livan və İsrail arasında 27 noyabr 2024-cü ildə əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İsrailin bu atəşkəsi minlərlə dəfə pozduğu bildirilmişdi.

İsrail 8 oktyabr 2023-cü ildən sonra Livanda ələ keçirdiyi 5 təpəni hələ də işğal altında saxlayır və onilliklərdir nəzarətində olan bəzi bölgələrdəki mövcudluğunu davam etdirir.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin 27 noyabr 2024 – 27 noyabr 2025 tarixləri arasında atəşkəsi pozaraq həyata keçirdiyi hücumlarda 335 nəfər həlak olub, 973 nəfər isə yaralanıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
cebheinfo.az

2Mənbələr