AZ

Türkiyə MN ABŞ səfirinin S-400-lərlə bağlı dediklərinə münasibət bildirib

Türkiyə Milli Müdafiə Nazirliyi ABŞ-ın Türkiyədəki səfiri Tom Barakın S-400 hava hücumundan müdafiə sistemi ilə bağlı dediklərinə münasibət bildirib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Nazirlik S-400-lə bağlı son günlərdə yayılan sanksiya iddialarının əsassız olduğunu açıqlayıb.

Nazirlikdən bildirilib ki, Türkiyə və Vaşinqton Ankaranın F-35 proqramına yenidən qoşulmasına mane olan məsələləri müzakirə edir, lakin Türkiyənin Rusiya istehsalı S-400 hava hücumundan müdafiə sistemlərinə sahibliyi ilə bağlı heç bir dəyişiklik yoxdur.

Nazirlikdən o da bildirilib ki, tədarükü ilə bağlı məlumat verilib.

Bildirilib ki, Britaniyadan “Eurofighter Typhoon” döyüş təyyarələri təhvil verilən qədər müvəqqəti həll olaraq Qətər və Omandan hərəsindən 12 ədəd olmaqla ümumilikdə 24 təyyarənin alınması planlaşdırılır.

Qeyd edək ki, ABŞ-ın Türkiyədəki səfiri Tom Barakın sözlərinə görə, əgər Türkiyə F-35 qırıcılarının istehsalı və alınması proqramına qayıtmaq istəyirsə, Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemini artıq saxlamamalıdır.

"Cebheinfo.az"

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr