AZ

Duman "Qəbələ" ilə "Turan Tovuz"u oynamağa qoymadı - REPORTAJ

Qəbələ - Turan Tovuz 0:0
1. Səlahət Ağayev (k)
66. Nuğay Rəşidov
74. Süleyman Damadayev
16. İsaak Amoah
3. Eduardo Kunde
13. Nicat Əliyev
14. Domi Massumo
6. Xayme Syerra
10. Şahin Şahniyarov
50. Adriel Ba Loua
12. İbrahim Sanqare
Ehtiyat oyunçular
94. Həbib Hüşənov
11. Asif Məmmədov
22. Fərid İsgəndərov
97. Elşad Tağıyev
27. Eşqin Əhmədov
26. Elnur Mustafayev
17. Qədir Ramazanov
21. Ziya Şəkərxanov
30. Prins Ovusu
Baş məşqçi: Kaxaber Sxadadze

1. Oleq Baklov
5. Roderik Miller
32. Hayderson Urtado
15. Emmanuel Hakman (k)
3. Enrike Silva
23. Alexandro Serrano
19. Roberto Olabe
10. Xəyal Nəcəfov
7. Xorxe Silva
21. Aleks Souza
90. Joarlem Santos
Ehtiyat oyunçular
41. Sergey Samok
13. Mehman Hacıyev
29. Filip Ozobiç
17. Rəhim Sadıxov
88. Faiq Hacıyev
11. Ayxan Hüseynov
6. Fərid Yusifli
73. Ülvü Mədətov
14. Murad Dadaşev
30. Mircamal Əlizadə
Baş məşqçi: Kurban Berdıyev

Vərəqə: yoxdu.
Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Şirməmməd Məmmədov (Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
8 dekabr. Qəbələ. Şəhər stadionu.

Bir tərəfdə "Araz-Naxçıvan"ı məğlub edəndən sonra motivasiyası birəbeş artan və 3 xala hava-su kimi ehtiyac duyan "Qəbələ", o biri tərəfdə mövsümə çempion olmaq iddiasıyla başlasa da, ardıcıl itkilər üzündən lider "Qarabağ"dan 6 xal geri düşən "Turan Tovuz" və …bir tərəfdə də qatı duman. Bu matçda qalib gələn meydana çıxan komandalardan biri yox, duman oldu. Özü də cəmi 24 dəqiqə ərzində.

İlk 24 dəqiqəyə sığan hadisələrə gəlincə, “Qəbələ” matça daha istəkli başladı. Hətta Miller olmasa, meydan sahibləri erkən qola sevinə bilərdi. Lakin panamalının 3-cü dəqiqədə topu təhlükəli zonadan uzaqlaşdırması Sanqarenin ötürməsini qarşılamağa çalışan Ba Louanın Baklovla təkbətək mübarizəyə qoşulmasına mane oldu. 8-ci dəqiqədə növbəti hücumunu reallaşdıran “qırmızı-qaralar” bu dəfə şansı Süleymanın qeyri-dəqiqliyi üzündən qaçırdı. Kaxaber Sxadadzenin komandası bir qədər sonra daha bir imkanı əldən verdi. Daha dəqiqi, Miller yenə Ba Louanın fərqlənməsini əngəllədi. Panamalı dumanlı hava şəraitinə rəğmən, rəqibin qapıyazərbəsini zərərsizləşdirə bildi. Bundan sonra komandaların daha çox mərkəzdə davam edən mübarizəsinə şahidlik etdik. Yaxşı ki, onsuz da duman üzündən ləng oynayan komandalar cansıxıcı tərzdən vaxtında əl çəkdi: 21-ci dəqiqədə ilk tutarlı hücuma atan “Turan Tovuz” Xəyal Səlahətlə bacarmadığına görə məyus oldu. Urtadonun fərqlənmək arzusu da gözündə qaldı. Bundan sonra dumanın meydanda yaşananları görməsinə əngəl yaratdığını görən Tural Qurbanov matçı dayandırmağa məcbur oldu. Beləliklə, qarşılaşma 24-cü dəqiqədə təxirə salındı.

Gözdən qaçmadı
// Kəskin dumanlı hava şəraiti üzündən 20-ci dəqiqədən etibarən VAR-ın fəaliyyətinin dayandırılmasına qərar verildi və hər iki komandanın kapitanı bu barədə məlumatlandırıldı.

KƏNAN BAHADIR

Seçilən
21
1
football-plus.az

2Mənbələr