AZ

İspaniya nəhənglərinin rəqibləri müəyyənləşdi

İspaniyada kubokunda 1/16 final mərhələsinin püşkü atılıb.

"Football-plus.az" xəbər verir ki, İspaniya nəhəngləri “Real” və “Barselona”nın da rəqibləri müəyyənləşib.

“Real” bu mərhələdə 3-cü divizion klubu “Talavera de la Reyna” ilə qarşılaşacaq. Oyun dekabrın 17-də keçiriləcək. “Barselona” isə 3-cü liqanın digər iştiraçısı olan “Qvadalaxara” ilə üz-üzə gələcək. Oyun dekabrın 16-na təyin edilib.

Qeyd edək ki, İspaniya kubokunun sonuncu qalibi “Barselona”dı.

Seçilən
24
football-plus.az

1Mənbələr