AZ

“Heydər Əliyev dünyanı idarə edən qüvvələr tərəfindən yazılmış ssenarini pozdu” – Məzahir Pənahov

"Mənim üçün şəxsən Azərbaycanın indiki mövcudluğu birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Sovet hökumətinin dağılması dövrü Azərbaycan üçün başqa bir ssenari yazılmışdı, bütün addımlar mərkəzdən idarə olunmaqla o istiqamətə aparılırdı".

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

"Tam məsuliyyətlə deyə bilərik ki, Heydər Əliyev dünyanı idarə edən qüvvələr tərəfindən yazılmış ssenarini pozdu. Bu prinsiplər üzərində dövlət quruldu, beynəlxalq əlaqələr yarandı. Heydər Əliyev qeyri-adi fərasətə sahib şəxsiyyət idi. Biz bunu getdikcə daha çox hiss edirik".

Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

Seçilən
14
2
bizim.media

3Mənbələr