AZ

Benzin və dizellə işləyən avtomobillərlə bağlı mühüm qərar: Ləğv edildi

Avropa İttifaqı 2035-ci ildən etibarən benzin və dizel avtomobillərinin qeydiyyatını tamamilə qadağan etmək üçün əvvəllər təsdiqlənmiş planından imtina edib.

Publika.az xəbər verir ki, Almaniyanın "Bild" nəşrinin məlumatına görə, məsələ Brüsseldə aparılan danışıqlardan sonra gündəmdən çıxarılıb. Qərarın təfərrüatları rəsmi olaraq 16 dekabrda açıqlanacaq.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyeyen ilə uzun müddətdir sərt məhdudiyyətlərin aradan qaldırılmasını müdafiə edən Avropa Parlamentindəki Avropa Xalq Partiyası qrupunun lideri Manfred Veber arasında keçirilən görüşdən sonra razılıq əldə edilib .

Tam qadağa əvəzinə, avtomobil istehsalçıları üçün daha çevik qaydalar müəyyən ediləcək. 2035-ci ildən etibarən qeydiyyatdan keçmiş yeni avtomobillər üçün karbon qazı tullantılarının azaldılması hədəfi əvvəllər planlaşdırılan 100 faiz əvəzinə 90 faiz olacaq. 100 faiz azalma tələbi də 2040-cı ildə tədricən aradan qaldırılacaq.

"Bu o deməkdir ki, daxili yanma mühərriklərinə qoyulan qadağanın aradan qaldırılacaq. Buna görə də, hazırda Almaniyada istehsal olunan bütün mühərriklər istehsala davam edə bilər", - deyə Veber izah edib.

Seçilən
36
3
publika.az

4Mənbələr