AZ

İsrail Livana yenidən hücum edib

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

İsrail 27 noyabr 2024-cü ildə əldə edilən atəşkəs razılaşmasına baxmayaraq Livana hücumlarını davam etdirir.

Reyting.az xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın məlumatına görə, İsrail döyüş təyyarələri ölkənin cənubundakı Çarmak, Mahmudiyyə, Zarariye, Ənsar, Tuffahta, Beiseriye, Dağ Rafi, Səcad, Reyhan, Armata, Caba, Tabneh və Vadi Benqol ərazilərini hədəfə alıb.

Livanın şərqindəki Bekaa bölgəsindəki Zalaya Vadisinə də dörd hava hücumu həyata keçirilib. Livan hakimiyyəti hələlik hücumlar nəticəsində itkilər barədə heç bir məlumat yaymayıb.

Qeyd edək ki, İsrail 2023-cü ilin oktyabr ayında da Livana hücum edib və bu, 2024-cü ilin sentyabrında genişmiqyaslı müharibəyə çevrilib. Müharibədə 4000-dən çox insan həyatını itirib və təxminən 17000 nəfər yaralanıb.

Livan və İsrail arasında 27 noyabr 2024-cü ildə atəşkəs əldə edilsə də, İsrailin hücumları davam edir.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
reyting.az

1Mənbələr