AZ

Estoniya və Azərbaycan dəmir yolu ilə yükdaşımalarının genişləndirilməsi üçün potensial görür (ÖZƏL)

Bakı. Trend:

Estoniya və Azərbaycan dəmiryolu sahəsində və rəqəmsalinteqrasiyada yükdaşımaların genişlənməsi üçün potensial görür.

Bunu Trend-əverdiyi müsahibədə Estoniya Dəmir Yollarının (AS Eesti Raudtee)kommersiya direktoru Artur Rayxman deyib.

Onun sözlərinə görə, hazırda Estoniya ilə Azərbaycan arasındadəmir yolu əməkdaşlığı o qədər də güclü deyil.

“Yükdaşımaların həcmi böyük deyil – ümumi daşımaların təxminən 1faizini təşkil edir və axın əsasən Azərbaycandan Estoniyayadoğrudur. Biz əks istiqamətdə daşımalar üçün imkanlarımüəyyənləşdirərək və ümumi yük dövriyyəsini əhəmiyyətli dərəcədəartıraraq bu vəziyyəti dəyişməyə çalışırıq. Estoniya informasiyatexnologiyaları sahəsində öz təcrübəsini təqdim edib və buistiqamət əməkdaşlıq üçün perspektivli hesab olunur. Mövcudyükdaşıma məlumatlarının rəqəmsal mübadiləsinin tətbiqi, daha sonraisə yük vaqonlarının hərəkəti barədə məlumatın real vaxt rejimindəpaylaşılması rəqəmsal tərəfdaşlığın konkret başlanğıc nöqtəsinəçevrilə bilər”,-deyə A. Rayxman deyib.

Onun sözlərinə görə, Estoniyanın Orta Dəhlizə inteqrasiyası iləbağlı müzakirələr aparılsa da, hələlik bu marşrutdan istifadə edənkonkret nəqliyyat layihələri mövcud deyil.

A. Rayxman əlavə edib ki, müvafiq layihələrin hazırlanmasıistiqamətində fəal iş aparılır.

Məqalədə:
Seçilən
88
1
az.trend.az

2Mənbələr