Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Hökumət Hüquq Müdafiəçisinə Təzminat Ödəyəcək
“Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM), Azərbaycan əleyhinə olan iki müraciəti – hüquq müdafiəçisi Rüfət Səfərovun işinin dostcasına həll yolu ilə yekunlaşdıraraq hökumətin ona təzminat ödəməsinə qərar verib”.
Bu barədə Gununsesi.info-ya Avropa İnsan Hüquqları Məhkəməsindən göndərilən məlumatda deyilir.
Məlumata görə, AİHM-in Üçüncü Bölməsi tərəfindən 11 Dekabr 2025-ci il tarixində elan edilən işlərdə , şikayətçilərin iddia edilən pis rəftar, ifadə azadlığının pozulması (Konvensiyanın 3, 10-cü maddəsi) və bununla bağlı effektiv istintaqın aparılmaması barədə şikayətləri əsas götürülmüşdür:”Dostcasına həll yolu razılaşmasına əsasən, Azərbaycan Hökumət ikayətçiyə aşağıdakı məbləğləri ödəməyi öhdəsinə götürüb: Maddi və mənəvi zərər üçün: Ərizəçiyə 7,500 Avro. Məhkəmə xərcləri üçün: Hər bir müraciətə görə 850 Avro .
Qeyd edək ki, Rüfət Səfərovu Avropa Məhkəməsində vəkil Cavad Cavadov təmsil edib.
Günay
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.