ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ömrünün 65 ilini kəndirbazlıq sənətinə həsr edən 77 yaşlı Zaqatala rayon sakini, əməkdar mədəniyyət işçisi Rəşid Ələkbərov evinin həyətində Heydər Əliyev Muzeyi yaradıb.
Axşam.az xəbər verir ki, "Baku TV" bununla bağlı süjet hazırlayıb. 42 il əvvəl Ulu öndərlə görüşən Rəşid Ələkbərov deyir ki, uzun illər ərzində qurub yaratdığı muzeyin dəyəri onun üçün misilsizdir. Onun sözlərinə görə, 1983-cü ildə kəndirbaz kimi çıxış edərkən, Heydər Əliyevin diqqətini çəkib və onunla görüşüb:
“Görüşümüz sanki dünən olub. Gənc idim və Heydər Əliyevin qarşısında çıxış etməkdə məsuliyyət hiss edirdim. Ulu öndər məni yanına çağırıb dedi ki, yaxşı oynayırsan deyə yox, ata-baba sənətini davam etdirdiyin üçün sənə xüsusi təşəkkürümü bildirirəm”.
R.Ələkbərov muzeyində 500-dən çox şəkilin nümayiş olunduğunu bildirib:
“Burada elə şəkillər var ki, arxivlərdə axtarsalar, tapmazlar. Gündüz-gecə muzeyin ziyarətçiləri var. Bağça uşaqları müəllimləri ilə birlikdə gəlir, şəkil çəkdirirlər. Xaricdən gələn qonaqlar da olur”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.