AZ

Benzinlə bağlı rəsmi məlumat

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5 012,8 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6% artıb.

 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə neft məhsullarından mazut istehsalı 2,1 dəfə, neft koksunun istehsalı 25,8%, qazoylların (dizel yanacağının) istehsalı 18,4%, ağ neft istehsalı 14,3%, avtomobil benzinin istehsalı10,9% artıb.

 

Məlumata görə, hesabat dövründə neft bitumu istehsalı 5,1%, sürtkü yağları istehsalı isə 48,3% azalıb.

 

Azərbaycanda istehsal olunan neftməhsulları:

Məhsul növləri

2025-ci ilin yanvar-noyabr aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.12.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Avtomobil benzini, min ton

1 342,2

110,9

79,2

Ağ neft, min ton

634,4

114,3

18,6

Qazoyllar (dizel yanacağı), min ton

2 329,1

118,4

142,7

Mazut, min ton

58,7

2,1 d.

1,4

Sürtkü yağları, min ton

32,8

51,7

1,1

Maye qazlar, min ton

206,7

124,3

3,0

Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton

 

684,4

 

70,5

 

49,2

ondan:

neft bitumu, min ton

225,6

94,9

6,6

neft koksu, min ton

218,6

125,8

41,9

Tarix: 12 Dekabr 2025, 14:10   
Seçilən
14
2
pravda.az

2Mənbələr