Bakı. Trend:
Azərbaycanın bu gün mövcudluğu birbaşa Heydər Əliyevin adı iləbağlıdır.
Trend xəbərverir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir PənahovUlu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanıziyarəti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Əlbəttə, bu, Azərbaycanın tarixində, məncə, ən əhəmiyyətligünlərdən biridir. Azərbaycan xalqının böyük oğlu, mübaliğəsiz deyəbilərik ki, yüz illərdə bir, bəlkə də min ildə bir doğulan bir xalqnümayəndəsinin anım günüdür. İnsanların bu günə hər il daha daartan sayda toplaşması da təbiidir. Zaman keçdikcə belə insanlarıngördüyü işləri biz daha dərindən anlayırıq. Şəxsən mənim üçünAzərbaycanın bu gün mövcudluğu birbaşa Heydər Əliyevin adı iləbağlıdır. Sovetlər Birliyinin dağılma dövründə ölkəmiz üçün yazılanmənfi ssenariləri pozmaq yalnız böyük bir gücə malik şəxsiyyətinişi ola bilərdi. Heydər Əliyev faktoru bu baxımdan çox önəmlidir.Müstəqilliyimizi qoruyub saxlamaq, dövlətçiliyi qurmaq və gələcəyəaparmaq onun adı ilə bağlıdır".
MSK sədri qeyd edib ki, bu prinsiplər əsasında qurulan dövlətdaha sonra İlham Əliyev və Mehriban xanımın rəhbərliyi ilə sürətləinkişaf etdi. Onlar da eyni xətti qoruyub saxladılar vəAzərbaycanın ərazi bütövlüyünü təmin etdilər.
"Bu gün Azərbaycan dünya miqyasında söz sahibi bir ölkəyəçevrilib və bu da təsadüfi deyil. Biz daim diqqətli olmalı,arxayınlaşmamalı və öz sahəmizdə bu prinsiplər üzərindəçalışmalıyıq. Mən əminəm ki, Ulu Öndərin ruhu da şaddır, çünki onunarzu etdiyi dövlət bu gün mövcuddur. İlham Əliyevə olan etimadınınnə qədər əsaslı olduğunu bu gün biz görürük. Gənclərimizə dətövsiyəm odur ki, bu tarixi düzgün qiymətləndirsinlər və bu siyasixətt ətrafında birləşsinlər",-deyə o əlavə edib.