AZ

Fəxri Xiyabanda jurnalistlərə “cızıqdan çıxmaq” qadağası? – FOTO

Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı Fəxri Xiyabanda olan jurnalistlərə ziyarətə gələn məmurlara yaxınlaşma qadağası qoyulduğu və müəyyən edilən yerdən kənara addım atmamaları barədə xəbərdarlıq edildiyi haqda sosial şəbəkələrdə yayılan məlumat təkzib edilib.

KONKRET.az xəbər verir ki, bu barədə paylaşım edən Elnurə Abuşova tədbirdə iştirak edən jurnalistlərin bu paylaşımı yalanladığını bildirib.

Onun sözlərinə görə, əksinə, bu il ilk dəfədir ki, növbə ilə məmurlara yaxınlaşıb, sual ünvanlanmağa şərait yaradılır.

“Həmçinin hansısa təşkilat media nümayəndələri üçün bu soyuq havada çay-kofe də təşkil edib. Kim düşünübsə soyuqda qalanları, sağ-olsun!”, – o vurğulayıb.

Qeyd edib ki, bir çox halda belə tədbirlərdə jurnalistlər “mikrofonlarının loqosunun foto-videolara düşməsi üçün” basırıq salır və eybəcər mənzərə yaranırdı.

Seçilən
1
1
konkret.az

2Mənbələr