ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Sumqayıt şəhərində qaydaları pozan avtobus sürücüsü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 5-də, Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 50-AE-856 qeydiyyat nişanlı marşrut avtobusunun sürücüsü düzünə hərəkət təşkil edilmiş zolaqdan sola dönməyə çalışıb. Bu zaman arxadan gələn avtomobillərin yolunu kəsərək hərəkətə mane olub.
Videodan da aydın şəkildə görünür ki, sürücü öncədən sol zolağı tuta bilərdi. Həmin zolaqda nəqliyyat vasitələri olduğundan, avtobus sürücüsü növbədə gözləməmək üçün qaydaları pozmağı seçib.
Fərid
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.