ABŞ prezidenti Donald Tramp bir daha İranın ABŞ ilə razılaşma əldə etmək istədiyini bildirib.
Vətəninfo.az xəbər verir ki , Tramp bu barədə Ağ Evdə jurnalistlərlə görüşdə bildirib.
ABŞ prezidenti bildirib ki, ABŞ İranın nüvə obyektlərinə zərbə endirməklə ölkənin nüvə potensialını məhv edib və İranın o dövrdə nüvə silahına sahib olmağa çox yaxın olduğunu vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələr İsrail ilə İran arasında sülhü mümkün edib.
Tramp deyib: “O vaxt hamı İrandan qorxurdu, amma indi heç kim qorxmur və İran mənimlə razılaşmaq istəyir”.