AZ

Rusiyanın ən böyük neft emalı zavodlarından biri vurulub

Rusiyanın Yaroslavl şəhərində yerləşən ən iri neft emalı zavodlarından biri olan “Slavneft-YANOS”da Ukrayna PUA-ları tərəfindən hücum olub. 

Hadisə ilə bağlı sosial şəbəkələrin Rusiya seqmentində məlumatlar və görüntülər yayılıb.

Zavodda ardıcıl olaraq yeddi partlayış baş verdiyi və bundan sonra yanğın başladığı bildirilir.

“Slavneft-YANOS” Rusiyanın ən böyük beş neft emalı zavodundan biridir. Zavod ildə təxminən 15 milyon ton neft emal etmək gücünə malikdir.

Burada benzin, reaktiv yanacaq və yağlar və digər neft məhsulları istehsal olunur.

Seçilən
17
2
herbiand.az

4Mənbələr