“Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub Tribuna.com saytına müsahibə verib.
Bizim.Media həmin müsahibəni təqdim edir:
– “Neftçi”yə keçidiniz bir çoxları üçün gözlənilməz oldu. Bu komanda barədə nə deyə bilərsiniz?
– Hazırda bunun haqqında danışa bilmərəm, çünki işə tam şəkildə başlamalıyam. Məşqçi komandaya yeni qoşulubsa, nə deyə bilər? Əvvəlcə işləmək, baxmaq, analiz etmək lazımdır, sonra nəticə çıxarmaq olar. Mən indi nə deyə bilərəm ki? Qoy heç olmasa 10 gün keçsin, ondan sonra nəsə demək mümkündür. Bilirsiniz ki, müqavilə imzalamışam. Dediyim kimi, ya 60 yaşım tamam olanda, ya da icazə veriləndə xaricə işləməyə gedə bilərdim. İcazəni aldım.
– Bu icazə barədə daha ətraflı danışa bilərsiniz?
– 2026-cı ildə müqavilə bitənə qədər ölkədən çıxmaq üçün icazə almışam. Sonra mütləq qayıtmalıyam və bunu da edəcəyəm. Əgər daha tez lazım olsa, o zaman daha tez qayıdaram. İcazə yüksək səviyyədə təsdiqlənib. Belə bir icazəni başqa kim verə bilər axı?
– Bəs bu icazəni kim verdi?
– Açığı, bilmirəm. Bildiyim odur ki, icazədə mənim və köməkçilərimin soyadı var.
– “Neftçi”yə keçidinizdən əvvəl “Dinamo”ya gedə biləcəyiniz barədə söz-söhbətlər var idi…
– “Dinamo” barədə mən artıq əvvəllər demişdim ki, bəzi klublar var ki, orada işləyə bilmərəm və açığı, çox da istəmirəm. Mən bunu demişdim. Həm “Dinamo”, həm də “Şaxtyor” barədə.
- “Neftçi”də necə olacaq?
- Əlimdən nə gəlirsə, bütün gücümü qoyacağam, necə olacağını isə zaman göstərəcək. Köməkçilərim də eyni şəkildə. Üstəlik, onlar da icazə ilə xaricə çıxıblar. İcazə olmasaydı, heç kim heç yerə gedə bilməzdi.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta