AZ

Səhiyyə Nazirliyinin rəhbərliyi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib (FOTO)

Bakı.Trend:

Dekabrın 12-də müstəqil Azərbaycanın tərəqqisi və dövlətçilikənənələrinin formalaşmasında misilsiz xidmətləri olan xalqımızınümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günüqeyd olunur. Bununla əlaqədar Səhiyyə Nazirliyinin rəhbər şəxsləriFəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramlayad edib, məzarı önünə gül dəstələri qoyublar.

Trend xəbərverir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görkəmli oftalmoloq alim, akademik ZərifəƏliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tərçiçəklər düzülüb.

Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətisayəsində ölkəmizdə səhiyyə sisteminin inkişafı, tibbiinfrastrukturun yenilənməsi, həmçinin yüksək ixtisaslı tibbkadrlarının hazırlanması istiqamətində mühüm addımlar atılıb.Azərbaycan səhiyyəsinin müasir mərhələdə əldə etdiyi nailiyyətlərməhz Ulu Öndərin müəyyənləşdirdiyi strateji xəttin davamı olaraqhəyata keçirilir.

Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Məqalədə:
Seçilən
21
3
az.trend.az

7Mənbələr